Həbsdəki jurnalist tibb müəssisəsinə köçürülüb

  • By ilhame
  • 16 Mart 2024 19:25

“Uzun müddət idi ki, Əziz Orucovun nevroloji problemləri var idi. Nəfəs darlığından əziyyət çəkirdi, əsəbdən əlləri əsirdi.Görüşdə olarkən əllərini cibində gizlədirdi, biz görməyək deyə. Dünən axşam yenidən vəziyyəti pisləşib. Bu gün təcili tibb müəssisəsinə köçürülüb”.

Gununsesi.info bildirir ki, bunu hazırda həbsdə olan Kanal 13 internet tv-nin rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Çerpanova deyib.

Qeyd edək ki, Əziz Orucov son aylar Azərbaycanda həbs edilən jurnalistlərdən biridir.

Gununsesi.info