Başqasının öldürdüyü qıza görə həbsə düşən adam azadlıq tələb edir

  • By admin
  • 09 May 2023 14:14

“Rusiyada başqa adamların törətdiyi cinayətə görə  günahsız olaraq illərdir ki, həbs həyatı yaşayan Murad Məmmədovun azadlığa çıxmasına imkan verilmir”.

Bu barədə Gununsesi.info-ya uzun illərdir ki, həbs həyatı yaşayan Murad Məmmədovun vəkili Vasif Mirzəyev bildirib.

HTML tutorial

Onun sözlərinə görə, müdafiə etdiyi şəxsi iştirakçısı olmadığı cinayətlərə görə məsuliyyətə cəlb ediblər: “Rusiyada cinayət hadisəsi olub. Bir qız qətlə yetirilib. Sübut olunub ki, həmin qızı atası öldütdürüb. Amma bu işə görə Murad Məmmədovu Azərbaycanda həbs ediblər. Ortada sübut olmadan qurama istintaq aparılıb və sifarişli hökm çıxarılıb. Biz ümid edirdik ki, heç olmasa bu əfv sərəncamı ona da tətbiq olunar. Amma kimlərsə bu prosesi pozmaqla məşğuldur”.

 

Elmar

Gununsesi.info