“Bandotdel” rəisi Bəxtiyar Hacıyevi yenidən qəbul etdi

  • By admin
  • 28 Aprel 2022 23:25
Küçədən ğurlanaraq zorakılığa məruz qalan tanınmış siyasi fəal Bəxtiyar Hacıyev bu gün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Hacıyevin özü bildirib:
“Mənə qarşı törədilmiş mütəşəkkil cinayət, terrordan bir həftə, 7 gün keçir. Hələ ortada əldə tutulacaq heç nə yoxdur.
Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general-mayor Əbülfət Rzayevlə təkrar görüşdük. Görüş bir neçə saat çəkdi. Bildirildi ki, bundan əvvəl mənə və digər siyasi fəallara qarşı WhatsApp üzərindən mənəvi terror, təhdid kampaniyası aparılması ilə bağlı da cinayət işi açılıb.
Sonra saatlarla son cinayətin açılması istiqamətində müzakirə getdi. Bu işin üzərində baş sındırmaq mənim işim deyil, bunun üçün maaş alan, dövlətin resurslarından və nemətlərindən gen-bol faydalanan insanlar var. Ancaq mən heç kimə bəhanə verməmək üçün istintaqa lazım olandan da artıq kömək edib, lazım olandan da çox məlumat verirəm, işin operativ araşdırılması üçün təkliflər də verirəm ki, sonra kimsə bəhanə etməsin”.
Gununsesi.info