Bakıda üç avtomobil yandı

Bakıda üç avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, paytaxtın Qaradağ rayonunda “Volkswagen” markalı iki minik avtomobilinin yanar hissələri və “Infiniti” markalı digər minik avtomoblinin salonu, mühərrik hissəsi və 2 ədəd təkəri yanıb.

Minik avtomobillərinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info