Gecə klubundakı partlayış nəticəsində 13 avtomobilə ZİYAN DƏYDİ

Bakının mərkəzində gecə klubunda baş verən partlayış nəticəsində ərazidə olan avtomobillərə də ciddi ziyan dəyib.

Gununsesi.info “Trend”ə istinadla xəbər verir ki, hadisə nəticəsində 13 avtomobil zədələnib.

Hazırda dəymiş ziyanla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Gununsesi.info