ABŞ səfirliyi Bakıdakı partlayışla bağlı başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda gecə klubunda baş verən partlayışla bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin Twitter səhifəsində paylaşım edilib.

“Aprelin 3-də baş vermiş partlayış nəticəsində həlak olanları yad edir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, – səfirlikdən bildirilib.

Gununsesi.info