Aysel Şükürova da partlayış baş verən klubda olub

Tanınmış blogger Aysel Şükürova bu gün partlayış baş verən “Location Baku” gecə klubunda olub.

Gununsesi.info xəbər verir ki, bloggerin keçmiş həyat yoldaşı Oqtay Əhmədov onun səhhəti haqda məlumat paylaşıb.

O bildirib ki, hazırda Ayselin yanındadır və bloggerin səhhəti normaldır: “Şükür, hər şey yaxşıdır. Narahat olmayın”.

Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumata görə, bu gün baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.

Gununsesi.info