Bakıda tramvaylar işləyəcək- CAVİD QURBANOVDAN AÇIQLAMA

Bakıda tramvaylar işləyəcək

“Bakı şəhəri ərazisində tramvay xətlərinin sökməklə Bakıya ziyan vurulub”.

Gununsesi.org xəbər verir ki, bunu “Azərbaycan Dəmiryolları” QSC-nin rəhbəri Cavid Qurbanov söyləyib.

O qeyd edib ki, bu xətləri yenidən tikmək çətindir, amma bu haqda düşünülür:

“Ölkə başçısına bununla bağlı müraciət olunub. Bunun üzərində çalışırıq. Xarici şirkətlərə müraciət etmişik. Hansısa formada düşünmək olar . Tramvay xətlərinin Biləcəridən Pirşağı tərəfə ortadan bir neçə xətti çəkməklə Əhmədliyə, “Nasosnu”ya və digər istiqamətlərə daha yüngülləşmiş şəkildə istifadəyə verməyə çalışırıq”.

COMMENTS