“10 ildir ki, işsizəm”- MUSA MUSAYEV DEPUTATLIQ İDDİASINI ORTAYA QOYDU

“10 ildir ki, işsizəm”

Keçmiş millət vəkili və 2006-2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Musa Musayev yenidən deputat olmaq arzusundadır.

Gununsesi.org-un məlumatına görə, bu barədə Musa Musayev özünün “Facebook” hesabında yazıb. Musayev həmin paylaşımında 2005-ci ildə deputat seçilə bilməməsinin səbəblərini də açıqlayıb:

“Son günlər mənə tez-tez suallar ünvanlanır ki, 9 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkisində iştirak edəcəksinizmi? YAP-nın siyahısına sizi salacaqlarmı? Bu sualları cavablandırmaq üçün onu deyə bilərəm ki, 1992-ci ildən YAP-nın yaradıcılarıından biri kimi təbii ki, məndə istərdim bu seçkilərdə iştirak edim. Lakin mən 1999-cu ildən YAP-nın Siyasi Şurasının üzvü kimi, partiyamızın qərarını səbirsizliklə gözləyirəm. Mən bəziləri kimi özfəaliyyəti xoşlamıram. 2010 ve 2015-ci illər keçirilən Parlament seçkilərində də mənə bir çox müraciətlər oldu ki, namizədliyimi irəli sürüm. İşsiz olmağıma baxmayaraq seçkilərə qoşulmadım. Mən YAP-nın qəbul etdiyi hər bir qərara hörmətlə yanaşıram və bu günə qədər heç bir qanun pozuntusuna yol verməmişəm . 10-ilə yaxındır ki, mən heç yerdə çalışmıram, təbii ki , istərdim ki , mənim də namizədliyim YAP tərəfindən irəli sürülsün. 2000-ci il keçirilən Parlament seçkilərində mənim namizədliyim YAP tərəfindən proporsional siyahısı üzrə irəli sürüldü və mən 15-ci sıradan Milli Məclisə üzv seçildim. Onu da deyə bilərəm ki, 2000-2005-ci illər ərzində Parlamentdə təmsil olunduğum vaxt ərzində mən Partiyamızın etimadını doğruldan millət vəkili olmuşam . Bu 5 il ərzində Azərbaycanın elə bir şəhəri və rayonu ola bilməz ki, mən orada öz seçicilərimlə görüşməyim. İstər seçkidən əvvəl təbliğat vaxtı, istərsə də seçkidən sonra bir millət vəkili kimi daimə görüşlərdə olmuşam, seçicilərin qaldırdıqları problemləri MM -in iclaslarında qaldırmışam və aidiyyti qurumlara çatdırmışam. Mən Partiyamızın və seçicilərimin etimadını doğrultduğuma görə , yenidən YAP-nın namizədi kimi 2005-ci il keçirilən Parlament seçkisində Binəqədi rayonu 8-ci dairədən qeydiyyata alınmışam və seçkidə iştirak etmişəm. Lakin keçmiş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin təxribatları nəticəsində həmən dairədən deputat seçilməmişəm .Onun məşhur video görüntüləri hər kəsə bəllidir. Nəticə isə göz qabağındadır, indi Elşad Abdullayev İnterpolun axtarışındadır . Bir sözlə, mən çox istərdim ki, növbəti Parlament seçkisində özümü bir daha sınaqdan keçirim.”

Gununsesi.org

COMMENTS