
Bakı şəhərinin Xətai rayonunda, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 120 m² olan mağazada elektrik lövhəsi, 10 p.m kabel və 6 m² sahədə rəflər yanıb.
Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib və bitişik təndirxananın alçipandan ibarət arakəsmə divarı dağılıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info