
Gürcüstanın Xaşuri Bələdiyyəsinin Osiauri kəndində 3 nəfər sakin zəhərlənib.
Gununsesi.info yerli KİV-ə istinadla xəbər verir ki, ailə üzvlərindən biri yeməyə ehtiyyatsızlıq zəminində duz əvəzinə kənd təsərrüfatında istifadə edilən “Pestisid” kimyəvi maddəsi töküb.
Hadisə nəticəsinə ailənin 2 üzvü və onların evindən qonaq olan daha 1 nəfər ağır formada zəhərlənib.
Sözügedən şəxslər Xaşuridəki xəstəxanaya yerləşdirilsələr də ilkin tibbi yardımdan sonra Tbilisidəki xüsusi xəstəxanaya aparılıblar.
Gununsesi.info