
Müəllifi tanınmış aktyor Hikmət Rəhimovun olduğu “Çılpaq” filminin ilk tanıtım videosu yayımlanıb.
Gununsesi.info xəbər verir ki, sözügedən filmdən ilk kadrları aktyor sosial mediada paylaşıb.
O bildirib ki, uzun zamandır üzərində çalışdığı işin treylerini izləyicilərlə paylaşmaqdan məmnundur.
“Film Fuad Poladovun və Vaqif İbrahimoğlunun əziz ruhlarına ithaf olunur. Yanımda olan bütün heyətə öz adımdan təşəkkürümü bildirirəm”, – H.Rəhimov qeyd edib.
Yaxın günlərdə təqdim olunacaq ekran işində Ayşad Məmmədov, Azər Aydəmir, Elşən Əsgərov, Rasim Cəfər, Rüstəm Rüstəmov və başqaları çəkiliblər. Filmin ssenari müəllifi və rejissoru Hikmət Rəhimovdur.
Gununsesi.info