UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Atletik”lə (Bilbao) qarşılaşacaq “Qarabağ” bu gün İspaniyaya yollanacaq.
Bu barədə Gununsesi.info–ya klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Ağdam təmsilçisi “Atletik” (Bilbao) önünə bir itki ilə çıxacaq. Hücumçu Musa Qurbanlı zədəlidir. Onun dizində ağrılar var və 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-si saat 20:45-də başlayacaq.









