
Bakıda “Audi” markalı avtomobil yanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Oxu.Az-a bildirib ki, Suraxanı rayonu, Aeroport şosesi, Bakı Olimpiya stadionunun yaxınlığında avtomobil yanıb.
Bu səbəbdən də Hava limanı istiqamətində nəqliyyat sıxlığı yaranıb. Qısa müddət ərzində görülən tədbirlər nəticəsində hazırda nəqliyyat vasitələrinin hərəkətində heç bir problem yoxdur.
Gununsesi.info