
Qax Rayon Məhkəməsinin hakimi qəfil vəfat edib.
Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə hakimi 1989-cu il təvəllüdlü Kərimov Taleh Etibar oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilib ki, T.Kərimovun səhhəti yaşadığı evdə pisləşib. Hadisə yerinə həkim briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
***
Məlumata görə, səhər saatlarında mənzilində duş qəbul edən 36 yaşlı hakim T.Kərimovun dəm qazından halı pisləşib və hamamda yerə yıxılıb. Hamam otağından çıxmağı bacaran gənc hakim digər otaqda divanda keçinib.
Qeyd edək ki, Taleh Kərimov daha öncə uzun müddət Ağdaş rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışıb. O, 2023-cü ilin mayından Qax Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyirdi.