Sərnişin avtobusdan yıxılaraq xəsarət alıb

  • By Günel
  • 10 Yanvar 2025 19:47

Cəlilabadda sərnişin avtobusdan yıxılaraq xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb. Rayon sakini, Sahil Məmmədov marşrut avtobusundan yıxılaraq, müxtəlif bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info