
Yanvarın 9-da İranda naməlum şəraitdə casusluqda ittiham olunan İsveçrə vətəndaşı həbsxanada ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İran nazirliyə casusluqda ittiham olunan İsveçrə vətəndaşının həbsdə ölməsi barədə məlumat verib.
“İran hakimiyyəti İsveçrə vətəndaşının həbsxanada ölməsi barədə məlumat yayıb. Biz vəziyyətin aydınlaşdırılması üçün səlahiyyətlilərlə əlaqəyik”– deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Nikolas Bidault öz X (Twitter) səhifəsində bildirib.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı İranın Mizan Online məhkəmə xəbər agentliyi də məlumat yayıb.
Xatırladaq ki, Fransa Xarici İşlər Nazirliyi bu yaxınlarda öz vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib.
Şəbnəm