
Dünən Xətai rayon Məhkəməsinin hökmü ilə barəsində bir ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilən siyasi fəal Bəxtiyar Hacıyev Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına köçürülüb.
Bu barədə Gununsesi.info-ya Hacıyevin vəkili Aqil Layic bildirib.
Aqil Layicin sözlərinə görə, Bəxtiyar Hacıyev hazırda Kürdəxanı təcridxanasında ağır cinayət törətmiş şəxslərlə birlikdə saxlanılır.
Onu da bildirək ki, bu gün Azərbaycanda siyasi partiya, vətəndaş cəmiyyəti qurumları və jurnalistlərin iştirakı ilə Bəxtiyar Hacıyevin Hüquqlarının Müdafiə Komitəsi yaradılıb.
Gununsesi.info