Rza Talıbov: “Mənə maraqlı deyil ki…”

  • By admin
  • 25 Noyabr 2022 19:47

Son zamanlar Naxçıvan Muxtar Respublikasında baş verənlər mətbuatın əsas müzakirə mövzusudur.

Muxtar respublikanın gömrük orqanlarında keçirilən  əməliyyatların da təsadüfü olmadığı, proseslərin Vasif Talıbovun ziyanına işlədiyi  deyilir.

Gununsesi.info-nun əməkdaşı  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif  Talıbovun oğlu Rza Talıbovla əlaqə saxlayıb.

Ancaq Ali Məclis sədrinin oğlu bu haqda danışmaq istəməyib.

“Mənə maraqlı deyil ki, mətbuatda Naxçıvanla bağlı  nə yazırlar. Mən öz işimlə məşğulam. Bu cür söhbətlərlə də maraqlanmıram” deyən Rza Talıbov telefonun dəstəyini asıb.

 

Mais

Gununsesi.info