
Rustavi həbsxanasının önündə Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası zamanı bir nəfər dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
İlkin məlumatlara görə, onun aksiya zamanı halı pisləşib və o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Daxili İşlər Nazirliyi ölüm faktı ilə bağlı araşdırmaya başlayıb.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə dəstək aksiyasında vəfat edən şəxs azərbaycanlıdır.
Həmin şəxsin Dmanisi rayon sakini, 60 yaşlı Cahandar Hüseynov olduğu müəyyənləşib.
İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.
Gununsesi.info