
Bakıda Alina adlı yeniyetmə qız itkin düşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Alinanın anası məlumat yayıb.
Bildirir ki, qızı bu gün saat 12:30 radələrində taksi ilə evə yollanıb. Günəşlidəki “Bravo” marketin yanında, evinin yaxınlığında taksidən düşüb, amma evə gəlməyib.
Görənlər və məlumatı olanlardan Daxili işlər Nazirliyinə yaxud anasına məlumat verməsi xahiş olunur.
Alinanın əynində açıq yaşıl rəngdə gödəkçə, boz şalvar, qəhvəyi çəkmələr olub.
Gununsesi.info