Kiyev ucuz qaz almaq fürsətini əldən verdi – TİMOŞENKO

  • By admin
  • 07 Noyabr 2021 16:06

Kiyev Rusiyadan ucuz təbii qaz almaq fürsətini əldən verib.

Gununsesi.info  xəbər verir ki, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko Ali Radada deputatlar qarşısında çıxışı zamanı ölkədəki qaz böhranının səbəbini açıqlayıb.

“Biz yeraltı anbarlara 38 milyard kubmetr qaz vura bilərdik və hazırda ölkəmizdə böhran olmazdı”, – Timoşenko vurğulayıb.

Timoşenko fəlakət kimi qiymətləndirdiyi bu vəziyyətin əvəzini hər bir ukraynalının və hər bir biznesmenin ödəməli olacağını vurğulayıb.

Gununsesi.info