
Bu gün günorta saatlarında itkin güşən 14 yaşlı qız tapılıb.
Gununsesi.infonun məlumatına əsasən, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev itkin düşən qızla bağlı məlumatı təsdiq edib.O, bildirib ki, yeniyetmənin yeri təyin olunub:
“Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı A.C-aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə yeri müəyyən olunub. Hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcəkdir.”
Gununsesi.info