Azərbaycanlı aktyor fransız sevgilisi ilə:“Sevgi bitmirmiş, Elsa” - FOTO

Azərbaycanlı aktyor fransız sevgilisi ilə:

Azərbaycan Dağınıq Oda Teatrının rəhbəri Elmin Bədəlov sosial şəbəkə səhifəsində paylaşımı ilə gündəmə səs salıb.

Gununsesi.org  xəbər verir ki, aktyor sevgilisi, fransalı aktrisa Elsa Furtado ilə öpüşdüyü fotosunu yayımlayıb.

O, şəklə “Sevgi bitmirmiş, Elsa, mən səni zamanla daha çox sevməyə başlayırmışam” şərhini verib.

Elsa isə Elminə “Can Elmin. Məndə çox böyük sevgi var sənin üçün. Getmir ürəyim, hər zaman sənin üçün olacaq” sözlərini ünvanlayıb.

Aktyorun sevgi, məhəbbət dolu paylaşımına dostları xoş söz yazıblar.

Gununsesi.org

COMMENTS