
Hələ bir neçə gün öncə Gununsesi.info Azərbaycanla Rusiya arasında dəmir yolları vasitəsilə sərnişindaşımanın bərpa olunacağına dair xəbər vermişdik.
Məlumatda qeyd
Mart ayından etibarən Azərbayan və Rusiya arasında dəmiryolu ilə sərnişindaşıma bərpa olunacaq.
Bu barədə məlumatda bildirilirdi ki, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.
Bu arada isə Gununsesi.info-ya hökumətdəki mənbələr Azərbaycanla Gürcüstan arasında da eyni razılığın əldə olunduğunu deyib.
Məlumata görə, aprel ayından etibarən Bakı-Tblisi-Bakı qatarı yenidən istifadəyə veriləcək.
İsveçrənin Stdadler qatarları vasitəsilə sərnişindaşıma həyata keçiriləcək.
Afət Abbasova
Gununsesi.info