Çində torpaq sürüşməsi - 30 nəfər itkin düşdü

  • By Günel
  • 08 Fevral 2025 22:15

Çində torpaq sürüşməsi baş verib.

Gununsesi.info xəbər verir ki, Sıçuan əyalətində baş verən təbii fəlakət zamanı 10 ev yerin altında qalıb, 30 nəfər itkin düşüb.

Bölgəyə çoxlu sayda xilasetmə qrupu göndərilib. Hadisə yerindən 2 nəfər xilas edilib, 200-ə yaxın sakin təhlükəsiz ərazilərə təxliyə edilib.

Çin prezidenti Si Szinpin aiddiyyəti qurumlara itkin düşənlərin axtarışı və itkilərin minimuma endirilməsi üçün hər cür səy göstərməyi tapşırıb.

Gununsesi.info