“Şamaxı” “Sumqayıt”a qalib gəldi

  • By Günel
  • 09 Fevral 2025 17:25

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun açılış matçında “Şamaxı” “Sumqayıt”ı qəbul edib.

Gununsesi.info xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyun meydan sahiblərinin 1:0 qələbəsilə başa yekunlaşıb.

FİFA referisi Rəvan Həmzəzadənin idarə etdiyi matçda yeganə qolu 60-cı dəqiqədə Brahim Konate vurub.

“Şirlər” bununla 3 tur qələbəsizlik seriyasın qıraraq xal sayını 21-ə çatdırdı. “Kimyaçılar” isə ardıcıl 6 oyundur ki, rəqib qapısına yol tapa bilmir.

Qeyd edək ki, günün ikinci oyununda “Sabah”“Turan Tovuz”u qəbul edəcək. Matç saat 17:00-da “Bank Respublika Arena”da start götürəcək.

Gununsesi.info