Amerikada təyyarə eniş zamanı qarda sürüşüb

  • By ilhame
  • 19 Yanvar 2024 22:06

ABŞ-nin Filadelfiya ştatından havaya qalxan “American Airlines” aviaşirkətinə məxsus Embraer E145 model təyyarəsi təxminən 1 saat gecikmə ilə Nyu York hava limanına enib.

Gununsesi.info xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Aviaşirkətin sözçüsü bildirib ki, bölgədə qarlı hava şəraiti səbəbindən uçuş-enmə zolağında hərəkət edən təyyarə eniş zolağından kənarda qarla örtülmüş torpaq sahəsinə sürüşüb.

Qeyd edib ki, təyyarəyə təcili yardım qrupları cəlb olunub və 53 nəfər təxliyə edilib.

Gununsesi.info