Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

  • By admin
  • 02 İyun 2021 21:56

Türkiyədə son 24 saat ərzində 224 150 nəfərin COVID-19 testi yoxlanıb.

Gununsesi.info məlumat verir ki, ölkədə günlük yoluxma sayı 7181 nəfər təşkil edib.

112 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 131 453 nəfərə çatdığı bildirilib. Onlardan 7372 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 1213 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.

Gununsesi.info