Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib

  • By ilhame
  • 23 Dekabr 2021 13:10

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan millisi 2021-ci ilin son cədvəlində 120-ci pillədə qərarlaşıb.

Canni De Byazinin baş məşqçi olduğu komandanın ötən ayla müqayisədə mövqeyi dəyişməyib.

Gununsesi.info