“Neftçi”nin legioneri milliyə dəvət aldı

“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinə dəvət alıb.

Gununsesi.info xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Ruanda ilə yoldaşlıq, Malavi, Seneqal və Zimbabve ilə isə Afrika Millətlər Kubokunun B qrupunun oyunlarına çağırılıb.

Sınaq matçları yanvarın 2-si və 6-da, qrup qarşılaşmaları, müvafiq olaraq, 10, 14 və 18 yanvarda keçiriləcək.

Qeyd edək ki, Mamadu Kane müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsusdur.

Gununsesi.info