
Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən mətbuat konfransı keçirəcək.
Gununsesi.info “Hraparak”a istinadən xəbər verir ki, konfrans dekabrın 24-ü saat 20:00-da Paşinyanın feysbuk hesabında baş tutacaq.
O, canlı yayımda 2 saat ərzində media və ictimai təşkilatların nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, N. Paşinyan sonuncu dəfə noyabrın 23-ü canlı yayımda sualları cavablandırıb.
Gununsesi.info