
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Gununsesi.info xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə “Qarabağ” öz meydanında “Keşlə” ilə üz-üzə gələcək. Günün digər matçında isə “Neftçi” “Sabah”ı qəbul edəcək.
1/4 finalın digər oyunları sabah keçiriləcək. “Zirə” “Səbail”i, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edəcək. Komandalar arasında cavab matçları isə fevralın 12-si və 13-də keçiriləcək.
Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
1 fevral
17:30.“Qarabağ” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
19:45.“Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Bakı. “Bakcell Arena”
2 fevral
17:00.“Zirə” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
19:15.“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Gununsesi.info