Polşa Ukraynaya zenit mərmilər verəcək

Polşa hakimiyyət orqanları Ukraynaya müdafiə silahları ötürmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Soloch bildirib.

“Silahların arasında zenit mərmilər də var. Polşanın Ukraynaya silah tədarük etmək planlarına gəlincə, bu barədə plan hazırlanır” , – deyə P.Soloch bildirib.

Gununsesi.info