
Kəlbəcər rayonunun Alagöllər sahəsində çovğun səbəbindən itkin düşən baş leytenant Fuad Bağırovun nəşi doğulduğu Şirvan şəhərinə gətirilib.
Gununsesi.info xəbər verir ki, zabitin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil verilib.
Hərbçi Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Davam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi 31 yanvarda tapılıb.
Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına görə, qanunvericiliyə uyğun olaraq xidmət zamanı həlak olmuş Bağırov Fuad Allahverdi oğluna şəhid statusu veriləcək.
Gununsesi.info