Azərbaycan Basketbol Liqası: “Xəzri” turun son matçında qələbə qazanıb

  • By ilhame
  • 04 Fevral 2024 16:43

Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub.

 

Gununsesi.info-nun məlumatına görə, sonuncu matçda liderlər qrupunda qərarlaşan komandalar Xaçmazda üz-üzə gəliblər.

 

“NTD-İndiqo” “Xəzri”ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 89:85. Xallarının sayını 24-ə çatdıran “Xəzri” lider “Sabah”a çatıb. 22 xala malik “NTD-İndiqo” üçüncüdür.

 

Qeyd edək ki, bu turda “Xırdalan” “Gəncə”ni (93:87), “Sabah” “Sərhədçi”ni (96:71), “Neftçi” “Sumqayıt”ı (113:96), “Cəlilabad” “Şəki”ni (90:86) məğlub edib.

Gununsesi.info