Fənərbaxça qalib gəlib

  • By ilhame
  • 03 Fevral 2024 22:53

Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.

 

Gununsesi.info xəbər verir ki, Lider “Fənərbağça” səfərdə “Antalyaspor”la üz-üzə gəlib.

 

Matçın taleyini iki qol həll edib. Çengiz Ünderin 42-ci və Batşuayinin 90+5-ci dəqiqədə vurduğu toplar qonaqların qələbəsini təmin edib – 0:2.

 

Bu nəticədən sonra “Fənər” xallarının sayını 63-ə çatdıraraq liderliyini davam etdirir və eyni xala malik “Qalatasaray”ı top fərqilə üstələyir. “Antalyaspor” isə 34 xalla 6-cıdır.

Gununsesi.info