Tərtər sakini minaya düşüb -YENİLƏNİB

  • By ilhame
  • 04 Fevral 2024 18:38

Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb.

 

Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.

 

Araşdırma aparılır.

Gununsesi.info