
Avstriya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfər etməkdən və oradakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Regionda mövcud gərgin vəziyyətlə əlaqədar yaxın günlərdə təhlükə səviyyəsinin yüksəlməsi gözlənilə bilər”, – deyə departamentdən bildirilib.
Qeyd edək ki, İran aprelin 12-də İsraili vurmağı barədə məlumat yayılıb. Öz növbəsində, İsrail Müdafiə Nazirliyi İranın hücumu zamanı özünü müdafiə etməyə hazır olduğunu bildirib.
Gununsesi.info