ABŞ Ukraynadakı laboratoriyalarını Monqolustana köçürüb - Kosaçev

Rusiyanın Federasiya Şurasında amerikalıların Ukrayna ərazisindəki bioloji laboratoriyaları haraya köçürdüklərini aydınlaşdırmağa çalışıblar.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə senator Konstantin Kosaçev özünün “Telegram” kanalında məlumat verib:

“Amerikalılar təxminən 30 dövlətdə işləyir, laboratoriyaların sayı müxtəlifdir. Ukraynada 30 belə laboratoriya var. İndicə məlumat almışıq ki, “xüsusi əməliyyat” başlanandan amerikalılar Monqolustanla əlaqəyə giriblər. Onlar orada öz laboratoriyalarını yaratmaq istəyirlər. Bunların Ukraynadakı laboratoriyalar olmasını güman etməyə ciddi əsaslar var, çünki amerikalılar üçün “Rusiyaya daha yaxın olmaq vacibdir”.

Gununsesi.info