
Ukrayna “Avroviziya”da ən yüksək ballarından birini Azərbaycan tamaşaçısından aldı.
Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında qeyd edib.
“Ukraynanın “Kalush” orkestr qrupu “Avroviziya”nın qalibi oldu. Bizim qrup ən yüksək ballarından birini Azərbaycan tamaşaçısından aldı. Dostlar, səmimi dəstəyinizə görə sağ olun. Əminəm ki, bizim hələ ortaq qələbələrimiz qarşıdadır”, – deyə səfir bildirib.
Qeyd edək ki, 25 ölkənin qatıldığı İtaliyanın Turin şəhərində keçirilən 66-cı Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Ukraynanın “Kalush” orkestr qrupu “Stefaniya” mahnısı ilə 631 xalla qalib olub.