
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-Qıfıl” əməliyyatı çərçivəsində daha 10 PKK terrorçusunu məhv ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terror yuvalarına qıfıl vurmağa davam edirik. “Pəncə-Qıfıl” əməliyyat bölgəsində aşkar edilən 10 PKK-çı zərərsizləşdirilib. Bununla da bu əməliyyat çərçivəsində məhv edilən terrorçuların sayı 95-ə çatıb”, – məlumatda qeyd olunub.
Gununsesi.info