
“Eurovision-2022” mahnı müsabiqəsində Azərbaycan 12 xalı Böyük Britaniyaya deyil, Ukraynaya verib.
Gununsesi.info xəbər verir ki, bu barədə aparıcı Nərmin Salmanova İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində məlumat verib.
Bildirib ki, münsif səsverməsi zamanı texniki problem yaşanıb. Bu səbəbdən Azərbaycandan səsləri o yox, Martin açıqlayıb.
Aparıcı qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır
Qeyd edək ki, yarışın qalibi Ukrayna olub.
Gununsesi.info