Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya bölgəsinin Akçadağ rayonunda zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yerli vaxtla saat 03.18-də episentri Malatyanın Akçadağ rayonunda 4,8 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

AFAD-ın verdiyi məlumata görə, ətraf əyalətlərdə də hiss edilən zəlzələnin dərinliyi 7 kilometr olaraq ölçülüb.

Gununsesi.info