Gürcüstan baş naziri Azərbaycana səfər etdi - Prezidentlə görüşəcək

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi saytında məlumat verilib.

HTML tutorial

Bildirilib ki, səfər zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, bundan sonra ölkə rəhbərləri mətbuata bəyanatlarla çıxış edəcəklər.

Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Gürcüstanın iqtisadiyyat naziri, XİN başçısı və hökumət aparatının rəhbəri də daxildir.

Gununsesi.info