
Yunanıstandan Türkiyəyə keçməyə cəhd edən 53 şübhəli yaxalanıb. Şəxslərdən 37-nin FETÖ üzvü olduğu müəyyən edilib.
Gununsesi.info Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən əldə etdiyi məlumata əsasən, Türkiyə-Yunanıstan sərhədində fəaliyyət göstərən sərhəd qartallarının Yunanıstandan Türkiyəyə keçmək istəyən 53 nəfəri yaxaladığı qeyd edilib.
Bildirilir ki, istintaqda həbs edilən şəxslərdən 37-nin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Tərcümə
Şəbnəm
Gununsesi.info