Avropa liderləri Ukrayna üçün toplaşır

Avropa liderləri Ukrayna üçün sabah Parisdə görüşəcək.

Gununsesi.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə 20-yə yaxın Avropa lideri Ukraynaya dəstək vermək üçün sabah Fransanın paytaxtı Parisdə bir araya gələcək.

Makronun müşavirləri Yelisey sarayında keçiriləcək görüşlə Rusiya prezidenti Vladimir Putinə Avropanın Ukraynaya dəstək əzmi ilə bağlı mesaj göndərəcəklərini bildiriblər.

“Biz Putinə çox açıq mesaj vermək istəyirik ki, o, Ukraynada qalib gələ bilməz. Məqsədimiz onun qalib gələcəyinə inanmamızı istədiyi fikrini məhv etməkdir”, – deyə bildirilib.

İclasda Almaniya kansleri Olaf Şolts, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, İspaniyanın baş naziri Pedro Sançes, Hollandiyanın baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin liderlərinin iştirakı gözlənilir. ABŞ-ı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayen, Kanadanı isə müdafiə naziri Bill Bleyer təmsil edəcək.

 

Gununsesi.info