Emin Əmrullayev məktəblərdə baş verən hadisələrlə bağlı brifinq keçirəcək

“Azərbaycan məktəblərində baş verən bütün hadisələr araşdırılır”.

Gununsesi.info-nun məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev son günlər məktəblərlə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, məktəblərdə baş verən hadisələr təsdiqini tapdığı zaman tədbir görülür. Nazir əlavə edib ki, bir neçə gün sonra brifinq keçirib, məktəblərlə bağlı suallara cavab verəcək.

 

 

Gununsesi.info