
Macarıstan maliyyənin hər il nəzərdən keçirilməsi şərti ilə Avropa İttifaqının (Aİ) Ukraynaya 50 milyard avroluq yardım paketinə veto qoya bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Üç Aİ diplomatının sözlərinə görə, Budapeşt bildirib ki, Avropa Şurası illik əsasda vəsaitin ayrılması üçün səsverməni təsdiqləsə, vetonunu ləğv edə bilər.
Nəşrin qeyd edib ki, bu, Macarıstanın baş naziri Viktor Orbana hər il Ukraynanın maliyyələşdirilməsini əngəlləmək və ya vetodan imtina etdiyi üçün Brüsseldən güzəştlər almaq imkanı verəcək.
Məlumatda deyilir ki, Macarıstan bu təklifi cümə günü Aİ-nin 27 büdcə ekspertinin görüşü zamanı formalaşdırıb və müvafiq sənədi hazırda Belçikanın sədrlik etdiyi Aİ Şurasına göndərib.
Danışıqlarla tanış olan diplomatın sözlərinə görə, Macarıstanın təklifinə əsasən, Aİ Ukraynaya qrant və kredit şəklində hər il 12,5 milyard avro verəcək ki, bu da dörd il ərzində Avropa Komissiyasının təklif etdiyi 50 milyard avroya bərabər olacaq.
Bəzi Aİ diplomatları, əvvəllər Ukraynaya hər cür vəsaitin ayrılmasına qəti şəkildə qarşı çıxan Macarıstandan ritorikanın dəyişməsinə baxmayaraq, bu təklifə şübhə ilə yanaşırlar.
Onlar qeyd edirlər ki, Macarıstanın təklifi Ukrayna üçün proqnozlaşdırıla bilməyəcək.
“Aİ-nin yeddiillik büdcəsi çoxillik strukturdur, biz bunu (koordinasiya – red.) ildən-ilə edə bilmərik”, – diplomatlardan biri bildirib.
Aİ-nin Ukraynaya maliyyə ayırması məsələsi Aİ səfirlərinin çərşənbə gününə planlaşdırılan görüşünün gündəminə daxildir.
Yada salaq ki, Aİ-nin dekabr sammitindən sonra bir çox liderlər ilin əvvəlində Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyi ilə bağlı qərar verəcəyinə əminliklərini ifadə etmişdilər.
Bununla bağlı liderlər fevralın 1-də bu məsələyə həsr olunmuş fövqəladə sammitlə bağlı razılığa gəliblər.
KİV-in məlumatına görə, Macarıstanın baş naziri Viktor Orbanın 50 milyardlıq əsas plana mane olacağı halda, Avropa İttifaqı Ukraynaya 20 milyard avro maliyyə yardımı nəzərdə tutan “B Planı” hazırlayır.
Gununsesi.info