
Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Türkiyədə Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı yeni qanuna razılıq veriblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yeni qanun qüvvəyə mindiyi zaman pasportlara yapışdırılan vizalar rəqəmsal olacaq və internet üzərindən 2D ştrix-kod olaraq veriləcək.
Vizaları mobil cihazlara da yükləməklə bir çox dildə onlayn müraciət edilə bilər.
Yeni sistemlə bağlı müraciətlər internet vasitəsilə həyata keçiriləcək.
Ərizəçilər bir neçə ölkəyə səfər etmək istədikləri zaman müraciətin hansı ölkə tərəfindən alındığı barədə məlumatlana biləcəklər. Sistem Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə əlaqəli şəkildə işləyəcək.
Yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və yeni pasportları olanlar fiziki olaraq Şengen ölkələrinin konsulluqlarına getməli olacaqlar.
Şengen vizalarının rəqəmsallaşdırılması ilə yanaşı xərcləri azaltmaq və viza müraciətlərini asanlaşdırmaq plandadır. Eyni zamanda, Aİ Şengen zonasının təhlükəsizliyini artırmağı da nəzərə.
Qanun layihəsi Avropa Şurası və Avropa Parlamenti tərəfindən rəsmi təsdiq edildikdən sonra Aİ-nin rəsmi jurnalında dərc olunacaq və 20 gün sonra qüvvəyə minəcək.
Tərcümə
Şəbnəm
Gununsesi.info